Macarıstanın Bakıdakı səfirliyi rotasiya əsasında gələn ildən etibarən NATO-nun Azərbaycandakı koordinatoru funksiyasını yerinə yetirəcək.

“Report” diplomatik mənbələrə istinadən xəbər verir ki, Rumıniya səfirliyinin müvafiq mandatı bu ilin dekabr ayında sona çatacaq.

Xatırladaq ki, Rumıniyanın Azərbaycandakı səfirliyi 2009-cu ildən bəri 4 dəfə NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi vəzifələrini icra etmək mandatı alıb.