Sabirabadda qəza zamanı 11 yaşlı uşaq həyatını itirib, daha 5 nəfər isə ağır yaralanıb.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə rayonunun Bulaqlı kəndinin ərazisində qeydə alınıb.

Belə ki, Qalağayın kənd sakini Vahid Balakişiyevin idarə etdiyi “KamAZ” markalı və Sabirabad şəhər sakini İdris Süleymanovun idarə etdiyi “İsuzu” markalı avtobus toqquşub. İdris Süleymanovun sərnişinlərindən Bulaqlı kənd sakinləri 11 yaşlı Cavad Həsənov hadisə yerində ölüb, digər sərnişinləri Rəşad Həsənov, Ağamirzə Ağayev, Vüsal Əliyev və Mehman Məmmədov, habelə Vahid Babakişiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.