Paytaxtın Nərimanov rayonunda mənzildən oğurluq olub.

Rayon polis idarəsindən AzEuroNews.com-a verilən məlumata görə, rayon sakini Leyla Məmmədovaya məxsus evdən 1150 dollar pul və qızıl əşyalar oğurlanıb.

Keçirilən əməliyyatla pul və qızılları oğurlayan Bakı şəhər sakinləri Vüqar Məmmədov və Ağa-Əli Əliyev tutulublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.