“Real”ın futbolçusu Kriştiano Ronaldo “Ginnesin rekordlar kitabı”na düşüb.

“Ginnesin rekordlar kitabı”nın rəsmi saytına istinadən verilən xəbərə görə, o, “Twitter”də ən məşhur idmançı olduğu üçün bu nadir kitaba adını yazdırıb.

Qeyd edək ki, K.Ronaldonu “Twitter”də 47 milyondan çox insan izləyir.