Suraxanı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Rayon polis idarəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə Hövsan qəsəbəsinin ərazisində qeydə alınıb.

Beləki ki, Bakı şəhər sakini 1989-cu il təvvəllüdlü İlham Radistin oğlu Düstarxanov idarə etdiyi “Ford” markalı  avtomobili aşırıb. Nəticədə İ.Düstarxanov hadisə yerində ölüb, sərnişini həmyerlisi 1999-cu il təvvəllüdlü Qara Cavid oğlu Osmanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.