Sumqayıtda maşın qaçıran şəxs tutulub.

Abşeron Rayon Polis İdarəsindən AzEuroNews.com-a verilən məlumata görə,
Sumqayıt şəhəri 15-ci məhəllənin ərazisindən şəhər sakini Nuğan Əyyub oğlu Zeynalova məxsus  “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Hadisəni törətmiş Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1986-cı il təvvəllüdlü  İmdad Fikrət oğlu Məmmədov Xırdalan şəhərinin ərazisində avtomobili idarə edərkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.