Son zamanlar Müsavat və Milli Şuranın yeni itinqq planları barədə məlumatlar yayılıb.

Bəs bu mitinqlər nə zaman keçiriləcək?

Bununla bağlı Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri açıqlama veriblər.

Müsavat partiyası İcra aparatının rəhbəri Gülağa Aslanlı mitinq keçirmək fikirlərinin olduğunu təsdiqləyib.

“Amma mitinqlərin vaxtı bu yaxınlarda və ya noyabrda olacağı hələ dəqiq bilinmir. Çünki bizim müəyyən tədbirlərimiz var onları reallaşdırandan sonra mitinqlərin vaxtı barədə qərar verəcəyik”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Gözəl Bayramlı isə Milli Şuranın mitinq keçirmək üçün vaxta ehtiyaclarının olduğnu deyib.

“Hazırda mitinq keçirmək  gündəmdədir. Amma onların nə vaxt keçiriləcəyi barədə dəqiq qərarımız yoxdur”.