“Real”ın ulduz futbolçusu Kristiano Ronaldo növbəti dəfə mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, məşhur “Marca” və “La Gazetta dello Sport” nəşrlərinin oxucuları portuqaliyalını ötən mövsümün ən yaxşısı hesab ediblər. Belə ki, UEFA Çempionlar Liqasının 2015-2016-cı il mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirilib. Sorğunun nəticəsinə görə, hamı birmənalı şəkildə bu ada Ronaldonu layiq görüb. Portuqaliyalı komanda yoldaşları Luka Modriç, Serxio Ramos və Kasemironu qabaqlayıb. Ötən mövsüm nəhəng turnirdə 12 oyun keçirən futbolçu 16 qolla turnirin bombardiri olub.

Qeyd edək ki, 2015-2016-cı il mövsümündə 1:1 hesabı ilə nəticələnən final matçında “Atletiko”nu oyunsonrası penaltilərlə məğlub edən “Real” UEFA Çempionlar Liqasının qalibi olmuşdu.