Kiyevdə Azərbaycan səfirliyinin əməkdaşı qəza törədib.

AzEuroNews apa-ya istinadən xəbər verir ki, avtomobil öncə piyada səkisinə sonra yolun əks istiqamətinə çıxıb. Nəticədə digər istiqamətdən gələn “Renault” markalı maşına toqquşub, ardınca isə “Toyota” markalı maşına dəyib.

“Renault” markalı avtomobilin sürücüsünün ciddi xəsarət aldığı bildirilir. Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və həkimlər briqadası cəlb olunub.