Futbol üzrə milli komandamızın üzvlərinin son üç oyunda əldə etdiyi uğurlu nəticələrə görə aldığı mükafatın məbləği bəlli olub.

AFFA-dakı mənbəyə istinadən verilən xəbərə görə, futbolçularımız San Marino ilə səfər qələbəsinə görə 20 min manat, Norveç üzərindəki qələbəyə görə 50 min manat, Çexiya ilə Ostravadakı heç-heçə üçün isə 30 min manat məbləğində mükafat alıblar. Mənbə bildirir ki, baş məşqçi Robert Prosineçki də futbolçularla eyni məbləğdə mükafata layiq görülüb.

Ehtiyat oyunçular skamyasında əyləşən futbolçular isə mükafatın yarısını alıblar.

Maraq üçün qeyd edək ki, oyunçularımızın üç oyundan ümumilikdə qazancı 100 min manat (hərəsinə) olub ki, bu da 2.3 milyon vəsait edir.

Xatırladaq ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində üç turdan sonra milli komandamız 7 xalla ikinci pillədə qərarlaşıb.