“Haitidə “Mettyu” qasırğası kənd təsərrufatı məhsullarının 80 faizini məhv edib”.

Bunu BMT-nin inkişaf proqramının Haitidəki əlaqələndiricisi İvonn Hell bildirib:

“Bu fəlakətdir. Bu faktiki olaraq, yarım ildən sonra Haitini aclığın gözləcəyi deməkdir”.

BMT-nin məlumatına görə, qasırğa çəltik, çovdar və paxlalı bitki sahələrini məhv edib. İnformasiyada bildirilib ki, ölkənin əsas ixrac məhsulları sayılan kakao, qəhvə bitkiləri və meyvə ağaclarına da ziyan dəyib. BMT-nin hesabatında vurğulanıb ki, məhsul çatışmazlığı yüz mindən çox uşağın ac qalması ilə nəticələnə bilər.