“Qəbələ” idman klubu futbolçu Cavid Hüseynovla müqavilə imzalayıb.

AzEuroNews klubun saytına istinadən xəbər verir ki, anlaşmanın müddəti mövsümün sonuna kimidir.

Sabahdan etibarən futbolçu məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacaq.

Futbolçunun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına müraciət olunub.