Xəzər polisi avtomobillərdən oğurluq edən şəxsi tutub.

Rayon polis idarəsindən AzEuroNews.com-a verilən məlumata görə, İlkin Malıyevə, Paşa Baxşəliyevə, Afər Əyyubova, Alqış Ağazadəyə, Hikmət Şahverdiyevə, Eldar İmanova, Ağacan Alcanova, Bahəddin Abbasova, Aqşin Şirvanova, Amil Alıcanova, Rövşən Dadaşova və Bəhruz Qəmbərova məxsus avtomobillərdən pul, akkumulyator, maqnitofon və məişət əşyaları oğurlamış Bakı şəhər sakini Fərid Nəsirli tutulub.

Yaxalanan şəxs istintaqa təqdim edilib.