Ankarada keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının üzvü olmaqda şübhəli bilinən bir nəfər öldürülüb.

“Anadolu” agentliyi xəbər verir ki, Ahmet B. adlı həmin şəxs Türkiyə paytaxtında terror aktı törətməyi planlaşdırırmış.

Məlumata görə, 1992-ci ildə Türkiyənin Adana şəhərində dünyaya gəlmiş, Diyarbakırda qeydiyyatda olan Ahmet B. adlı Türkiyə vətəndaşı terrorçu-kamikadze imiş. O, təhlükəsizlik qüvvələrinin əmrinə tabe olmayıb və müqavimət göstərib. Polis atəş açmaq məcburiyyətində qalıb və həmin şəxsi zərərsizləşdirib.

Onun yaşadığı mənzildə böyük miqdarda partlayıcı maddə aşkarlanıb.