Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Maddox DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

Bu barədə AzEuroNews Vergilər Nazirliyinə istinadən xəbər verir.

BƏƏ şirkəti enerji sektorunda xidmətlər göstərir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 6 ünvanına bildirə bilərlər.