Kiyevdə 10 mindən çox adam ev və evsiz heyvanları qəddar davranışdan müdafiə etmək, eləcə də aqressiv heyvanlrın insanlara hücumundan qorumaq üçün zoologiya polisinin yaradılması ideyasını dəstəkləyib.

Məsələyə artıq Kiyev parlamentində baxılır.

Zoologia polisinin yardılması ideyası ilə kiyevli Qalina Karaeva çıxış edib. Bu, milli polisin xüsusi dəstəsi yox, şəhərin ayrıca strukturu olacaq.

Onun fikrincə, zoologiya polisinə psixiatrdan arayış gətirənlər, fiziki cəhətdən sağlam olanlar və heyvanları sevənlər işə götürülməlidir.