Bakı sakinləri tapdıqları avtomat və pulemuyotları könüllü olaraq polisə təhvil veriblər.

AzEuroNews.com-a daxil olan məlumata görə, Pirallahı qəsəbə sakini Rasim Umudov 1 ədəd nömrəsi silinmiş “RPK” markalı pulemyot silahını, 63 ədəd 7.62 mm çaplı patronu könüllü olaraq polisə təhvil verib.

Bakı şəhər sakini Məqsəd Sarıyev isə, tapdığı “AKS-74” markalı avtomatı, 6 ədəd patronu və patron darağını polisə könüllü olaraq təhvil verib.

Qeyd edək ki, əhalinin könüllülük prinsipi əsasında silah-sursatı təhvil verməsi üçün Cinayət Məcəlləsində müvafiq dəyişikliklər edilib. Dəyişikliklərdə könüllü olaraq polisə təqdim edilən silaha görə, vətəndaşın məsuliyyətə cəlb edilməməsi nəzərdə tutulub.