Bu gecə hər 76 ildən bir görünən astroloji hadisə baş verəcək.

Oktyabrın əvvəllərindən başlayan meteor yağışı bu gün daha da şiddətlənəcək.Bəzi yerlərdə meteor yağışını adi gözlə də izləmək mümkün olacaq. Astronomların sözlərinə görə, gecə saat 01:00-04:00 aralığında qısa müddətə həmin meteorların göy üzünü az qala örtəcəyi də qeyd edilir.  Bütün bunlar hər 76 ildən bir  Yer kürəsi ətrafında tam dövr edən Halley ulduzuna görədir. Halley quyruqlu ulduzu Yer kürəsinə bir daha 2061-ci ildə yaxınlaşacaq.