Türkiyənin Bingöl şəhərində PKK terrorçularının hücumu nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Silahlılar minalanmış avtomobili polislərin zirehli maşını keçərkən partladıblar. Hadisə nəticəsində 1 polis əməkdaşı ölüb. 16 nəfər isə yaralanıb. Xəsarət alanlardan 6-sı təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.

Partlayışın təsirində ətrafdakı evlərin şüşələri qırılıb.

Polis hücumu törədə silahlıların tutulması üçün əməliyyata başlayıb.