“Egypt Air” aviaşirkətinə məxsus təyyarə Yunanıstanın paytaxtı Afinada təcili eniş edib.

TASS agentliyi xəbər verir ki, buna təyyarədə texniki nasazlığın yaranması səbəb olub.

Təyyarənin Qahirə-Paris marşrutu üzrə uçduğu bildirilir. Sərnişinlər hadisədən 2 saat sonra digər təyyarə ilə Parisə göndəriliblər.

Hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.