Deputat yerlərinin böyük əksəriyyətinin müxalifət nümayəndələrinə məxsus olduğu Venesuela Assambleyası fövqəladə iclas keçirib.

İclas zamanı qəbul olunan qətnamədə hazırki hakimiyyətin Konstitutsiya quruluşuna təhdid olduğu bildirilib.

Parlamentdə, həmçinin prezident Nikolas Maduronun impiçment proseduruna başlamaq niyyətində olduğu qeyd olunub.

Qəbul olunan sənəd 9 maddədən ibarətdir. Deputatlar hazırkı hakimiyyəti dövlət çevrilişi həyata keçirməkdə ittiham edir. Bundan əlavə, onlar Beynəlxalq Məhkəməyə müraciət etməyin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, parlamentin kökumətə qarşı belə sərt reaksiya verməsinə səbəb prezidentin hakimiyyətdən uzaqlaşdırılması üçün irəli sürdükləri referendum təşəbbüsünə qarşı görülən tədbirlər olub.

Müxalifət bununla bağlı səs yığmağa başlasa da, ölkənin bir sıra regionlarında hakimlər bu prosedurun gedişi zamanı qayda pozuntularının olduğunu əsas gətirərək referendumu əngəlləyiblər.