Zərdabda ər 23 yaşlı həyat yoldaşını qətlə yetirib.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə rayonun Yarməmədbağı kəndində qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Aqşin Aslanov yaşadığı evdə 1993-cü il təvəllüdlü həyat yoldaşı Ruxsarə Aslanovanın bıçaqla boğazını kəsərək qətlə yetirib. İlkin araşdırma nəticəsində məlum olub ki, A.Aslanov cinayəti qısqanlıq zəmnində törədib.

Faktla bağlı araşdırma davam etdirilir.