Gəncədə gənclər arasında kütləvi dava qanlı sonluqla bitib.

Gəncə Şəhər Baş Polis İdarəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə Kəpəz rayonu, Z.Hacıyev küçəsində qeydə alınıb. Belə ki, naməlum şəxs, münaqişə zəminində şəhər sakinləri 1998-ci il təvvəllüdlü Abdulla Paşayevə və 1998-ci il təvvəllüdlü Şakir Kərimova bıçaqla xəsarət yetirib. Hadisəni törədən   Gəncə şəhər sakini 1999-cu il təvvəllüdlü  Məcid Süleymanov tutulub.

Faktla bağlı araşdırma aparılır