Gədəbəydə 11 yaşlı uşağın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə rayonun Slavyanka kəndinin ərazisində qeydə alınıb. Belə ki,  Gəncə şəhər sakini 1968-ci il təvvəllüdlü  lham Quliyevin idarə etdiyi “Mitsubishi” markalı və Şəmkir rayon sakini 1975-ci il təvvəllüdlü Vüqar Əzizovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. Nəticədə V.Əzizovun sərnişini  Şəmkir rayon sakini 2005-ci il təvvəllüdlü Əli Əzizov hadisə yerində ölüb. Sürücünün  özü isə, xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.