Abşeron polisi daha bir uğurlu əməliyyat keçirib.

AzEuroNews.com-un məlumatına görə, Cinayyət Məcəlləsinin 177 və 180-ci maddələri ilə axtarışda olan 1999-cu il təvvəllüdlü Ayhan Səfərov tutulub. A.Səfərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun  Ağcabədi rayon sakini 1986-cı il təvvəllüdlü  Elgün Hüseynov ilə birgə Elşən Hüseynova məxsus “VAZ-2104” markalı avtomobili qaçırması müəyyən edilib. E.Hüseynov tutulub və ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, oktyabrın 19-da Novxanı qəsəbə sakini Vüsal Abbasova məxsus evdən məişət əşyaları oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.