“Microsoft” korporasiyası “Windows Phone” əməliyyat sistemi ilə işləyən smartfonlar üçün “Skype” kommunikasiya proqramının dəstəyini dayandırıb.

Sözügedən proqramı artıq “Windows mağazası”ndan yükləmək mümkün olmayacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Skype” proqramının “Windows Phone 8.1” sistemi üçün köhnə versiyasının dəstəyi bir neçə ay ərzində dayandırılacaq.

Yalnız “Windows 10 Mobile Anniversary Update” (1607 quraşdırma) versiyası üçün “Skype” proqramı dəstəklənəcək və inkişaf etdiriləcək.

İndi “Windows” smartfonlarının təxminən 14%-i “Windows 10 Mobile” sistemi ilə işləyir.