Türkiyənin Antalyada şəhərində partlayış olub.

Hadisə oktyabrın 25-də səhər saatlarında baş verib.

Şəhərin Ticarət və Sənaye Palatasının Çevreyolu rayonu ərazisində yerləşən binasında partlayış olub.

Partlayış yerinə çoxlu sayda təcili tibbi yardım maşınları, yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Yaralananların olduğu bildirilib.

Hadisənin binanın avtomobil dayanacağında baş verdiyi ehtimal olunur.

Partlayışın baş vermə səbəbi hələlik bilinmir.