Siyəzəndə, Bakı-Quba yolunun 113-cü km-də ölümlə nəticələnən yol qəzası baş verib.

AzEuroNews.com-un məlumatına görə, Bakı şəhər sakini 36 yaşlı Araz Ağayevin “KİA” markalı avtomobili yol ayırıcısına vurması nəticəsində, sərnişinlərindən Quba şəhər sakini 51 yaşlı Sevil Ağayeva hadisə yerində ölüb. Digər sərnişini 16 yaşlı Fatimə Ağayeva isə xəstəxanaya yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir.