Bakıda ana və 9 yaşlı oğlu yol qəzasında ölüb.

AzEuroNews.com-un məlumatına görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində də qeydə alınıb. Belə ki, Arif Nuriyevin idarə etdiyi “MAN” markalı yük maşını ilə, Bakı şəhər sakini Leyla Mərdanovanın idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub. Nəticədə 38 yaşlı Leyla Mərdanova və 9 yaşlı oğlu  Asəf Mərdənov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.