Saatlı şəhərinin ərazisindən şəhər sakini Vüsal Muradova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Rayon polis şöbəsindənAzEuroNews.com-a verilən məlumata görə, avtomobil Hacıqabul-Horadiz yolunun 101-ci km-də, yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü Mustafabəyli kənd sakini Davud Şəmmədov  sonrakı araşdırmaların aparılması üçün aidiyyət üzrə təhvil verilib.