Oğuzda icra nümayəndəliyi soyulub.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə Oğuzun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasında qeydə alınıb. Belə ki, icra nümayəndəliyini soyanlar oradan noutbuk, mikrofon və kamera aparıblar.

Polisdən verilən məlumata görə, icra nümayəndəliyini soyanlar artıq tutulub. Məlum olub ki, onlar bu yaxınlarda vətəndaş Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd göstərən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətovdur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.