Şamaxı – İsmayıllı bölgəsində sürüşmələr səngimək bilmir.

AzEuroNews ARB TV-yə istinadən xəbər verir ki, yağan güclü yağışlardan sonra artıq bir həftədir ki, rayon ərazisində mövcud olan sürüşmə fazaları aktiv şəkildə özünü büruzə verir.

Daha bir magistral yolda baş verən sürüşmə bu dəfə 4 kəndin gediş-gəlişini çətinə salıb. Sözügedən avtomobil yolu 4 kəndi şəhər mərkəzi ilə birləşdirən yeganə yoldur. Bəzi nöqtələrdə yolun hərəkət zolağı tamamilə dağılıb.

Məlumata görə, yolda sürüşmə hər gün artır və uçqunların miqyası gündən-günə çoxalır. 4 sürüşmə nöqtəsinin sonuncu dayanacağı Hacılı kəndinin yaxınlığında yerləşir. Sürücülər avtomobil yolundan istifadədə çətinlik çəkdiklərini bildirirlər. Şamaxı-Qızmeydan yolu iki il öncə istifadəyə verilib.