Real Madridin ulduzu Kristiano Ronaldonun botoks aludəçisi imiş.

Belə bir iddia ilə Portuqaliya mətbuatı çıxış edib. Belə ki, cavanlığını qoruya bilmək üçün Ronaldo dəfələrlə üzünə botoks elətdirdiyi və bu prosedur üçün minlərlə avro pul xərclədiyi iddia edilib.

Bundan başqa digər kosmetik məhsullarla da maraqlandığı irəli sürülən futbolçunun, xarici görünüşü və imicinə olduqca əhəmiyyət verdiyi açıqlanıb. 31 yaşlı ulduzun hər hansı bir yaşlılıq əlaməti görüntüləməmək uğurunda çaba sərf etdiyi ifadə edilib.