Qusar rayonunda sürüşmə aktivləşib.

“Report”un verdiyi məlumata görə, sürüşmə rayonun Urva kəndi ərazisində qeydə alınıb.

Qeyd edək ki, sürüşmə zamanı kənd ərazisində 200 metr uzunluğunda yarğan əmələ gəlib. Sürüşmə zonasında yerləşən 16 evdən 15-nin sakinləri həmin ərazilərdən köçürülüb. Köçürülən ailələr üçün yeni evlər tikilir.