Balakəndə 53 yaşlı kişinin ölümü ilə nəticələnən qəza baş verib.

AzEuroNews.com-un məlumatına görə, hadisə rayonun Talalar kəndi ərazisində qeydə alınıb. Belə ki, Elçin Puçakov idarə etdiyi “Ford”markalı avtomobillə yolu keçmək istəyən Qazma kənd sakini 53 yaşlı Hikmət Muradovu vurub. Xəstəxanaya yerləşdirilən Hikmət Muradovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.