Qubada tapança formalı alışqanla mağazaya basqın olub, kassa aparılıb.

AzEuroNews.com-un məlumatına görə, hadisə Quba rayonu, Birinci Nügədi kəndi ərazisindəki mağazada qeydə alınıb. Belə ki,  müştəri qismində mağazaya daxil olan naməlum şəxs satıcı Elvin Musayev və Rövşən Abbasovu tapançaya bənzər əşya ilə hədələyib, kassadan olan 100 manatı aparıb. Dərhal polisə məlumat verilib və aparılan əməliyyat-axtarış tədbirlərinin nəticəsində quldurluq əməlini törədənin 1-ci Nügədi kənd sakini 48 yaşlı Murad Qonaqbəyovun olduğu müəyyən edilib. Məlum olub ki, onun mağazanı soyarkən istifadə etdiyi əşya  əslində tapança formalı alışqan olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.