Sumqayıtda 38 yaşlı qadını küçənin ortasında soyublar.

AzEuroNews.com-un məlumatına görə, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 38 yaşlı Aynur Nəcəfova küçənin ortasında 2 nəfərin hücumuna məruz qalıb. Onlar qadının içərisində 500 manat pulu və sənədləri olan çantanı aparıblar.

Faktla bağlı əməliyyat-axtarış tədbiləri davam etdirilir.