Gəncədə mənzilə qaz sızması nəticəsində partlayış baş verib.

AzEuroNews.com-un məlumatına görə, hadisə şəhərin Nizami rayonunda qeydə alınıb. Belə ki, 37 yaşlı Elçin Nağıyevin yaşadığı Mahrasa bağı ev 4, mənzil 63-də qazın sızması partlayşa səbəb olub. Nəticədə ev sahibi E.Nağıyev ağır yaralanıb. O, xəstəxaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, E.Nağıyevin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.