“Show TV”-nin yeni mövsüm serialı olan “Arkadaşlar iyidir”in sevənlərinə pis xəbər var.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu həftənin bazar günü serialın sonuncu seriyasının yayımlanacağı açıqlanıb. Reytinqlərdə ilk onluğa girə bilməyən ekran işinin final xəbəri sosial mediada fanatların narazılığına səbəb olub.

Qeyd edək ki, “Arkadaşlar iyidir” serialının rollarında Aslı Melisa Uzun, İdris Nebi Taşkan, Su Kutlu, Akın Akınözü, Hayal Köseoğlu, Cankat Aydos, Didem İnselel, Neslihan Yeldan, Devrim Özder Akın, Ece Dizdar və Emre Karayel çəkilib.