Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan “Azəravtoyol” MMC-in Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.

Hadisədən sonra M.Abbasov Türkiyəyə aparılmış və oradakı xəstəxanalardan birinə yerləşdirilmişdi.

O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.

Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.

M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdirilmişdilər.
Xatırladaq ki, M.Abbasov “Azəravtoyol” MMC-də Aparat rəhbəri vəzifəsində işləyib.