Populyar foto və video paylaşım platforması olan “Instagram”a canlı yayım funksiyası əlavə ediləcək.

Şirkət bir müddət öncə “Facebook” üçün tətbiq etdiyi canlı yayım funksiyasını “Instagram” üçün tətbiq etməyə hazırlaşır.

Son vaxtlar “Snapchat”dan “oğurladığı” yeni funksiyalar ilə gündəmə gələn “Facebook” ən çox istifadə edilən funksiyalardan birinə çevrilmiş canlı yayımı “Instagram” üzərindən də “Go Insta!” bölməsindən beta versiya olaraq istifadəyə verir.

Xatırladaq ki, “Instagram” sosial şəbəkəsi bir müddət öncə “Facebook” şirkəti tərəfindən satın alınıb.