Türkiyənin Ağrı bölgəsində, Doğubəyazıt rayonundan keçən qaz kəmərində partlayış olub.

Hadisə yerli vaxtla saat 21:00 radələrində qeydə alınıb.

Məlumata görə, güclü partlayışdan sonra başlayan yanğın böyük bir ərazini əhatə edib. Bölgəyə çox sayda yanğınsöndürən və polis qüvvələri cəlb edilib. Hazırda da yanğınsöndürənlər boru xəttinə müdaxilə etməkdə çətinlik çəkir.