“Bağdat” mahnısı ilə populyarlaşan Ayla Çelik, “Ben” albomunun üçüncü klipini “Altın sarısı” adlı mahnıya çəkib.

Musiqisi Gökhan Tepeyə aid mahnının klipi üçün kamera qarşısına keçən müğənni, klipində altı kostyumdan istifadə edib. İfaçının sevilən mahnısının video klipi bütün musiqi kanallarında yayımlanıb.