Milli Şura və Müsavat Partiyası Konstitusiyaya dəyişiklər üçün keçirilən referendumdan əvvəl mitinq təşkil etmişdii. Bəs Milli Şura və Müsavatın yeni mitinqi nə vaxt keçiriləcək?
Onların bununla bağlı birgə planları varmı?

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, o, bu məsələlərlə bağlı heç bir məlumat verə bilməz.

“Bu məsələlər  Milli Şuranın Koordinasiya Mərkəzində müzakirə edilir. Əgər mitinqlə bağlı hər hansı bir qərar olarsa, bu haqda mətbuatda geniş məlumatlar yaıymlanacaq”.

Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı isə “Müsavat bu yaxınlarda mitinq planlaşdırır” deyib.

“Amma bu məsələ müzakirə edilir. Milli Şura ilə Müsavat Partiyasının birgə mitinq keçirmək məsələsi müzakirə mövzusu deyil.”