Bakıda avtomobillərin dövlət qeydiyyat nişanını oğurlayan şəxs tutulub.

Binəqədi Rayon Polis İdarəsindən AzEuroNews.com-a verilən məlumata görə, Bakı şəhər sakinləri Səxavət Hacıyevə məxsus “Mazda” və Vəfa Hacıyevaya məxsus “Honda” markalı avtomobillərin dövlət qeydiyyat nişanları oğurlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləi nəticəsində, paytaxt sakini Rasim Ağayev tutulub. Oğurlanan dövlət qeydiyyat nişanları da sahiblərinə təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.