Qusar sakini öz həmyerlisini bıçaqlayıb.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə iki həmyerlinin mübahisəsi zamanı baş verib. Belə ki, Qusar rayon sakini Vüsal Fərzəliyev həmyerlisi Ramiz Mirzəcanova bıçaqla xəsarət yetirərək sağlamlığına ağır zərər vurub.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Vüsal Fərzəliyev tutularaq istintaqa təhvil verilib