Gəncədə 3 nəfərin ölümü, 3 nəfərin də ağır yaralanması ilə nəticələnən ağır qəza baş verib.

AzEuroNews.com-un məlumataına görə, hadisə şəhərin Nizami rayonunda qeydə alınıb.

Belə ki, Sevinc qəsəbəsində Gədəbəy rayon sakini Rafiq Hüseynovun idarə etdiyi “VAZ-2106” və Şəmkir rayon sakini Ricad Qafarovun idarə etdiyi “Volksvagen” markalı avtomobillər toqquşub. Nəticədə R.Hüseynov və sərnişini Nicat Ələkbərov, habelə R.Qafarovunsərnişinlərindən Vüsal Əhmədov hadisə yerində ölüb. R.Qafarov və 3 sərnişini isə, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır