Cəlilabadda ölümlə nəticələnən qəza baş verib.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb. Belə ki, Masallı rayon sakinləri Qeyrət Allahverdiyevin idarə etdiyi “VAZ-2107” və Akif Mirişovun idarə etdiyi “Kamaz” markalı avtomobillər toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.