Biləsuvarda ölümlə nəticələnən qəza baş verib.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. Belə ki, kənd sakini Azadxan Hüseynovun idarə etdiyi “VAZ-21154” və Astara rayon sakini Asim Rəsulovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə A.Hüseynov hadisə yerində ölüb. Avtomobillərdə olan 2 sərnişin isə, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.