Ağcabədi sakini narkotik satarkən tutulub.

Baş Narkotiklərlə Mübarizə İdarəsindən AzEuroNews.com-a verilən məlumata görə,  polis məkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Qədir Məmmədov marixuana satarkən tutulub. Onun evinə baxış zamanı isə, oradan əlavə olaraq 4 kiloqram çox marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət içi açılıb, araşdırma aparılır.